“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Hazırda oxunan: “Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

641657

Birinci oyunla müqayisədə komanda meydana daha inamlı çıxdı. İdmançılar bütün tapşırıqları yerinə yetirdilər və təəssüratlarım çox müsbətdir. Əlbəttə, bəzi məqamlarda çatışmazlıqlar olur, lakin ümumilikdə komandanın oyunundan tam razıyam.

Bizim.Media  xəbər verir ki, bunu həndbol üzrə qadınların EHF Avropa Kubokunun ikinci təsnifat mərhələsində Kiprin APOEL komandasını mübarizədən kənarlaşdıran “Kür” klubunun baş məşqçisi Fuad Yanqildin matçdan sonra jurnalistlərə açıqlamasında bildirib.

Növbəti mərhələdəki rəqiblərlə bağlı gözləntilərini bölüşən baş məşqçi qeyd edib: “Potensial rəqibləri təhlil etmişik. Növbəti mərhələnin püşkatması oktyabrın 14-də keçiriləcək. İnşallah, hər şey yaxşı olar”.

Qeyd edək ki, “Kür” klubu Kiprin APOEL komandasını iki oyunun cəminə əsasən (40:18, 39:13) mübarizədən kənarlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO