Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO

Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO

Hazırda oxunan: Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO
641557
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda təşkil olunan cüdo üzrə böyüklər arasında dünya çempionatına bu gün qarışıq komanda yarışı ilə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, yarışın sonuncu – səkkizinci günündə Milli Gimnastika Arenasında 18 ölkənin 192 cüdoçusu komanda mübarizəsinə qoşulacaq. Görüşlər 6 çəki dərəcəsində – kişilər arasında 73, 90 və +90 kiloqram, qadınlar arasında isə 57, 70 və +70 kiloqram-da təşkil olunacaq.

Azərbaycan millisi mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Komandamızın ilk rəqibi Avstriya yığması olacaq. Millimiz bu rəqibi keçəcəyi təqdirdə növbəti raundda Yaponiya seçməsi ilə qarşılaşacaq.

Azərbaycan yığmasının heyətinə Gültac Məmmədəliyeva, Xədicə Qədəşova (hər ikisi 57 kiloqram), Südabə Ağayeva, Anna Zaytseva (hər ikisi 70 kiloqram) və Madina Kaisinova (+70 kiloqram), Rəşid Məmmədəliyev, Ruslan Paşayev (hər ikisi 73 kiloqram), Zelim Tçkayev, Süleyman Şükürov (hər ikisi 90 kiloqram), Zelim Kotsoyev və Uşanqi Kokauri (hər ikisi +90 kiloqram) daxil edilib.

Təsnifat mərhələsi saat 09:30-da, final bloku isə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kiloqram) qızıl, Zelim Tçkayev (81 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram), Ömər Rəcəbli (81 kiloqram), Murad Fətiyev (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) isə bürünc medal qazanıblar.

Dünya çempionatı: Azərbaycan cüdo yığması Avstriya ilə qarşılaşacaq - FOTO - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO