Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO

Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO

Hazırda oxunan: Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO
640447
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın dörd cüdoçusu mübarizəyə qoşulacaq.

Bizim.Media xəbər verir ki, ikinci yarış günündə qadınlar arasında Gültac Məmmədəliyeva (52 kiloqram), kişilər arasında isə Turan Bayramov, Nizami İmranov və Ruslan Paşayev (hamısı 66 kiloqram) tatamiyə çıxacaqlar.

Məmmədəliyeva 1/16 finalda israilli Gefen Primonu, Paşayev Serdar Rahimov (Türkmənistan) / Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibini sınağa çəkəcək.
 

Bayramov və İmranov isə mübarizəyə təsnifat mərhələsindən start verəcəklər. Onlar müvafiq olaraq, Lukas Saha (Finlandiya) və Vaja Marqvelaşvili (Gürcüstan) ilə qarşılaşacaqlar.


Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.

Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO