"Bavariya" Qambiya çempionatından 18 yaşlı futbolçunu transfer etdi

"Bavariya" Qambiya çempionatından 18 yaşlı futbolçunu transfer etdi

Hazırda oxunan: "Bavariya" Qambiya çempionatından 18 yaşlı futbolçunu transfer etdi

630412

18 yaşlı mərkəz yarımmüdafiəçisi Bara Sapoko Ndiaye "Bavariya"nın oyunçusu olub.

Bizim.Media xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti komandanın rəsmi saytında məlumat verib.

Qambiya çempionatında çıxış edən "Qambinos Stars" klubundan transfer edilən seneqallı futbolçu ilə beş illik - 2030/2031 mövsümünün sonunadək müqavilə imzalanıb.

KİV-in məlumatına görə, transferin məbləği 3.5 milyon avro təşkil edib. Ndiaye 2026-cı ilin birinci yarısını icarə əsasında "Bavariya"da keçirib. Ötən mövsümün sonlarında yarımmüdafiəçi əsas heyətdə dörd matçda iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO