"Qarabağ" azarkeşlərinin NƏZƏRİNƏ: Bu gün saat 20:00-da...

"Qarabağ" azarkeşlərinin NƏZƏRİNƏ: Bu gün saat 20:00-da...

Hazırda oxunan: "Qarabağ" azarkeşlərinin NƏZƏRİNƏ: Bu gün saat 20:00-da...

624157

Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsilçimiz "Qarabağ" İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq.

Bizim.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Andrey Brequta dördüncü hakim funksiyasını yerinə yetirəcək. İsveçrəli Luka Cibelli VAR, onun həmyerlisi Anojen Kanaqasinqam isə AVAR olacaq.

Qeyd edək ki, cavab qarşılaşması İslandiyanın paytaxtı Reykyavikdə yerləşən "Valbjarnarvöllur" stadionunda olacaq. Görüş Bakı vaxtı ilə iyulun 17-də, saat 00:00-da start götürəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO