Futbolçu hakimin saatını oğurlayıb qoluna taxdı - DÇ-də qəribə hadisə - VİDEO

Futbolçu hakimin saatını oğurlayıb qoluna taxdı - DÇ-də qəribə hadisə - VİDEO

Hazırda oxunan: Futbolçu hakimin saatını oğurlayıb qoluna taxdı - DÇ-də qəribə hadisə - VİDEO

620680

DÇ-2026-nın Türkiyə - Paraqvay (0:1) matçında qəribə hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, Türkiyə millisini turnirdən kənarlaşdıran oyuna Paraqvay yığmasının futbolçusu Matias Qalarsanın hərəkəti damğa vurub.

Belə ki, qarşılaşma zamanı oyunçuları sakitləşdirməyə çalışan salvadorlu baş hakim İvan Bartonun qolundakı saatı yerə düşüb və referi bunu hiss etməyib.
 

Fürsətdən istifadə edən Paraqvayın qol müəllifi Qalarsa yerdən saatı götürərək gizlicə öz qoluna taxıb. Bir müddət hakimin saatı ilə meydanda qaçan futbolçu daha sonra onu Bartona geri qaytarıb.


Qeyd edək ki, sosial şəbəkələrin Türkiyə seqmentində matçda sarı vərəqəsi olan Qalarsanın bu hərəkətinə görə ikinci xəbərdarlıqla meydandan qovulmalı olduğu bildirilərək hakim idarəçiliyi kəskin tənqid edilib.

Xatırladaq ki, Türkiyə sözügedən matçda Paraqvaya 1:0 məğlub olaraq, turnirlə erkən vidalaşıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO