Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

Hazırda oxunan: Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO

620161

Nüfuzlu "Transfermarkt" portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların transfer dəyərlərini yeniləyib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, siyahıya "Qarabağ"ın kabo-verdeli yarımmüdafiəçisi Leandro Andrade başçılıq edir.

Ulduz futbolçunun hazırkı bazar dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir.
 

İlk üçlüyü isə Polşa futbolunun nümayəndələri tamamlayır. "Sabah"ın müdafiəçisi Timoteuş Puxaç və "Qarabağ"ın qapıçısı Mateuş Koxalski hərəyə 2,5 milyon avro bazar dəyəri ilə siyahıda ikinci və üçüncü yerləri bölüşürlər.


Yenilənmiş siyahıda 6-cı pillədə qərarlaşan Elvin Cəfərquliyev isə 2 milyon avroluq dəyərlə ən baha azərbaycanlı futbolçu statusunu qoruyub. Son dövrlərdə diqqət çəkən müdafiəçinin qiyməti cari hesabat dövründə daha 500 min avro yüksəlib.

Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov bir müddət əvvəl intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılmışdılar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO