Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı

Hazırda oxunan: Özbək futbolçu DÇ-2026-da rekorda imza atdı
620157
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Özbəkistan milli komandasının yarımmüdafiəçisi Abbosbek Fayzullayev XXI əsrdə dünya çempionatlarında başla qol vuran ən qısaboylu futbolçu kimi unikal rekorda imza ataraq adını tarixə yazdırıb.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, boyu cəmi 167 santimetr olan 22 yaşlı gənc istedad DÇ-2026-nın qrup mərhələsi çərçivəsində Kolumbiya ilə keçirilən gərgin qarşılaşmada (1:3) Özbəkistan yığmasının yeganə qolunun müəllifi olub.

Məhz bu dəqiq baş zərbəsi sayəsində yarımmüdafiəçi daha öncə uruqvaylı Corcian de Arraskaetaya (boyu 173 sm) məxsus olan əvvəlki rekordu yeniləyib.

Qeyd edək ki, Arraskaeta öz rekordunu DÇ-2022-də Qana yığmasının qapısına başla yol taparaq müəyyənləşdirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO