Sabiq ingilis hücumçusu Cey Botroyd futbolçu Kriştianu Ronaldonu Portuqaliya millisi üçün maneə adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Sky Sports" öz sosial şəbəkə hesablarında məlumat yayıb.
"Bu gün Ronaldonun sadiq azarkeşləri mənə nifrət edəcəklər, lakin elə görünür ki, bütün diqqət yalnız onun üzərində cəmlənib, elə deyilmi? Hazırda o, Portuqaliya üçün köməkdən ziyadə, daha çox maneəyə çevrilir", - deyə Botroyd bəyan edib.
Dünya çempionatının ilk oyununda Portuqaliya Konqo DR ilə heç-heçə oynayıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matçın 6-cı dəqiqəsində portuqaliyalı Joau Neveş hesabı açıb. Birinci hissənin düz sonunda isə DR Konqo oyunçusu Yoan Vissa dəqiq zərbə ilə fərqlənib.
İyunun 23-də Portuqaliya Özbəkistanla oynayacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:31 / 18.06.2026
Ronaldo Portuqaliya üçün maneə adlandırıldı
Hazırda oxunan: Ronaldo Portuqaliya üçün maneə adlandırıldı
Hazırda oxunan: Ronaldo Portuqaliya üçün maneə adlandırıldı
620143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































