"Barselona" İspaniya La Liqasının prezidentini istefaya çağırıb

Hazırda oxunan: "Barselona" İspaniya La Liqasının prezidentini istefaya çağırıb

619971

"Barselona" İspaniya La Liqasının prezidenti Xavyer Tebası istefaya çağırıb.

Kub bu barədə rəsmi saytı vasitəsilə bəyanat yayıb.

Yerli mətbuat funksionerin Kataloniya təmsilçisinin Texniki Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlər etməsi ilə bağlı prokurorluğa saxta dəlillər göndərdiyini yazıb. Tebas isə sosial şəbəkə hesabında ittihamı rədd edib.

Lakin məlumatın ciddiliyini nəzərə alan "Barselona" rəhbərliyi La Liqa prezidentinin əməli ilə bağlı narahatlığını bildirib və ondan dərhal ictimaiyyətə açıqlama verərək, tutduğu vəzifədən ayrılmağı tələb edib.

Klub heç vaxt hakimlərə pul ödənişi etmədiyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl "Cadena SER" radiosu "Barselona"nın Xose Mariya Enrikes Neqreyraya məxsus DASNİL 95 şirkətinə 1,4 milyon avro ödədiyini yazıb. Kataloniyalıların 2016 - 2018-ci illərdə Texniki Hakimlər Komitəsinin sabiq rəsmisinə üç dəfə ödəniş etdiyi iddia olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO