Bir vaxtla “Real”ı məğlub etmişdilər – İndi stadionlarında mal-qara otlayır

Bir vaxtla “Real”ı məğlub etmişdilər – İndi stadionlarında mal-qara otlayır

Hazırda oxunan: Bir vaxtla “Real”ı məğlub etmişdilər – İndi stadionlarında mal-qara otlayır

619403

Bir vaxtlar Türkiyə Super Liqasında mübarizə aparan, həmçinin yoldaşlıq və rəsmi oyunlarda "Real Madrid"i 3:2, "Qalatasaray"ı isə 4:2 hesabı ilə məğlub edərək böyük uğurlara imza atan "Yimpaş Yozgatspor"un məşq bazası acınacaqlı vəziyyətə düşüb.

Bizim.Media xəbər verir ki, klubun bağlanmasından sonra baxımsız qalan 100 dönümlük ərazi hazırda inəklərin otlaq sahəsinə çevrilib.
 

Məlumata görə, 1998/1999-cu illər mövsümündə "Yimpaş Holding"in tərkibinə keçərək adını dəyişən və 2000-2002-ci illərdə Super Liqada çıxış edən qırmızı-qaralar regional liqaya düşdükdən sonra fəaliyyətini tamamilə dayandırıb.


Klubun çiçəklənən dövründə – 2000-ci ildə Fakıbəyli bölgəsində inşa etdirdiyi və toxumları xüsusi olaraq Niderlanddan gətirilən iki nizami ot meydançası olan müasir kompleksi isə taleyin ümidinə buraxılıb.

Hazırda meydançalarda bitən otlar kənd heyvanlarının yeminə çevrilib, idmançıların soyunub-geyinmə otaqları isə tamamilə dağıdılıb.

Yerli həvəskar liqada mübarizə aparan "Yozgatspor 1959 FK" klubu bu tarixi bazanı yenidən bərpa etmək və istifadəyə vermək üçün hələ 2023-cü ildə genişmiqyaslı işlərə başlasa da, "Yimpaş Holding" ilə bağlı yaranan hüquqi maneələr və yasal problemlər səbəbindən layihə yarıda qalıb. Bununla da əfsanəvi klubun mirası hüquqi çəkişmələr və baxımsızlıq ucbatından məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO