Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

Hazırda oxunan: Dünya çempionatının açılış mərasimi başlayıb - FOTO/VİDEO

618783

Futbol üzrə dünya çempionatının açılış mərasimi start götürüb.

Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, tədbir Meksikanın paytaxtı Mexikoda - mundialın ilk matçının keçiriləcəyi "Asteka" stadionunda təşkil olunub.

Açılış mərasiminin bədii hissəsində dünyaşöhrətli müğənni Şakira, eləcə də David Getta, EJAE, Meqan Covon Rut Pit və Andrea Boçelli kimi musiqiçilər çıxış edəcəklər.

Dünya çempionatına ABŞ, Kanada və Meksika birgə ev sahibliyi etdiyi üçün FIFA digər iki ölkədə də ilk matçlardan öncə açılış mərasimi keçirməyi planlaşdırır.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı bu gün oynanılacaq Meksika-Cənubi Afrika Respublikası oyunu ilə start götürəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO