
- A-
- A
- A+
Bakı-Sumqayıt qatarı niyə bağlanıb və nə vaxt açılacaq?- VİDEO
Paytaxtdan Sumqayıt istiqamətində hərəkət edən sərnişinlərin bir çoxu mənzil başına rahat və ən əsası tıxacsız çatmaq üçün qatardan istifadə edirlər. Amma artıq 10 aydır ki, bu istiqamətdə olan qatar xətti Xırdalana qədər işləyir. Sumqayıta gedən xətt bağlanıb.
Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, bu səbəb elə sərnişinlərə də qaranlıqdır.
Onlar bildirirlər ki, uzun müddətdir paytaxtdan sadəcə Xırdalana qədər qatarla hərəkət edə bilirlər. Sumqayıta getmək üçün yenidən başqa nəqliyyat vasitələrindən istiafdə edirlər ki, bu da əlavə xərc və əziyyətdir.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, qatarların istiqamətinin Sumqayıta qədər işləməməsinn səbəbi həmin istiqamətdə aparılan təmirdir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































