Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

Hazırda oxunan: Tramp İrana planlaşdırılan hücumların ləğv olunduğunu ELAN ETDİ - FOTO

618781

ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan hava zərbələrinin ləğv edildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Truth Social" sosial şəbəkəsindəki paylaşımında bildirib.

O qeyd edib ki, İran rəhbərliyi ilə aparılan danışıqlardan sonra bu zərbələri ləğv etmək qərarına gəlib.
 

"İran İslam Respublikası ilə müzakirələrin İran rəhbərliyinin ən yüksək səviyyəsinə çıxarıldığını və bəyənildiyini nəzərə alaraq, mən, Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi, bu axşam üçün İrana planlaşdırılan zərbələri və bombardmanları ləğv etdim. Müzakirələr və yekun bəndlər həm konseptual olaraq, həm də ən xırda detallarına qədər prosesə cəlb olunmuş bütün tərəflər, o cümlədən Birləşmiş Ştatlar, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digərləri tərəfindən bəyənilib. Bu saziş tam başa çatana qədər dəniz blokadası tam qüvvədə qalacaq. İmzalama mərasiminin vaxtı və yeri yaxın zamanlarda elan olunacaq", — deyə Tramp qeyd edib.


Xatırladaq ki, iyunun 11-də Tramp yaxın gələcəkdə İranın ən böyük neft terminalının yerləşdiyi Xark adasını, eləcə də digər neft infrastrukturu obyektlərini ABŞ-nin nəzarətinə götürmək niyyətində olduğunu bəyan etmişdi. O, həmçinin iyunun 12-nə keçən gecə İrana çox güclü zərbələr endirməyə hazır olduğunu bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO