İsveçli futbolçu: “Azərbaycan yığmasına 3 qol vurmağım üçün 3-4 dəqiqə bəs edərdi”

İsveçli futbolçu: “Azərbaycan yığmasına 3 qol vurmağım üçün 3-4 dəqiqə bəs edərdi”

Hazırda oxunan: İsveçli futbolçu: “Azərbaycan yığmasına 3 qol vurmağım üçün 3-4 dəqiqə bəs edərdi”

618048

“Azərbaycan yığmasına 3 qol vurmağım üçün 3-4 dəqiqə bəs edərdi”.

Bunu İsveç yığmasının futbolçusu Antoni Elanqa Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı danışarkən deyib.

İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən 21 yaşlı hücumçu görüşdə son nöqtəni qoyaraq, millidə ilk qolunu vurduğu üçün xoşbəxt olduğunu bildirib: “Qol vurmaq həmişə xoşdur. Oyundan sonra, bütün həftəboyu özümü çox yaxşı hiss etdim. Cəmi 3-4 dəqiqə meydanda olsam da, nəyə qadir olduğumu göstərmək istəyirdim. Hələ daha iki qol vura bilərdim”.

Qeyd edək ki, Stokholmdakı matçın 87-ci dəqiqəsində meydana daxil olan Antoni Elanqa iki dəqiqə sonra fərqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO