“Beşiktaş”ın qapıçısı komandanı tərk edir

“Beşiktaş”ın qapıçısı komandanı tərk edir

Hazırda oxunan: “Beşiktaş”ın qapıçısı komandanı tərk edir

614889

"Beşiktaş"la müqaviləsi iyunun sonunda başa çatan Ersin Destanoğlu gələcəyi ilə bağlı qərarını verib.

Bizim.Media xəbər verir ki, türkiyəli qapıçı İstanbul klubunu tərk edəcək. Bu barədə "Milleyet" nəşri məlumat yayıb.

Ersin klubun yeni sözləşmə təklifini qəbul etməyəcək. 25 yaşlı qolkiper karyerasını Avropada davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, Ersin Destanoğlu "Beşiktaş"ın yetirməsidir. Türkiyə millisinin üzvü başa çatan mövsümdə "ağ-qaralar"ın heyətində 32 rəsmi matçda meydana çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO