Dana Uaytdan "UFC Fight Night Baku" turniri öncəsi ÇAĞIRIŞ

Dana Uaytdan "UFC Fight Night Baku" turniri öncəsi ÇAĞIRIŞ

Hazırda oxunan: Dana Uaytdan "UFC Fight Night Baku" turniri öncəsi ÇAĞIRIŞ

614864

UFC prezidenti Dana Uayt "UFC Fight Night Baku" turniri azarkeşlərinə çağırış edib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Qurum rəhbəri azarkeşləri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq döyüşləri izləməyə çağırıb.

"Hər kəsə salam! UFC bu dəfə Milli Gimnastika arenasında! Biz yenə Azərbaycandayıq! Həmişə azarkeşlərə deyirəm, Bakı elə gözəldir ki, mütləq görməyə dəyər!" - , deyə o bildirib.

Xatırladaq ki, gecənin əsas döyüşündə təmsilçimiz Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə (Meksika) qarşılaşacaq.

İkinci əsas döyüşdə isə orta çəkidə Şarabutdin Maqomedov (Rusiya) braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.

Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO