“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

“Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir

Hazırda oxunan: “Arsenal” Arda Gülər üçün 90 milyon təklif edir
612775
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Real"ın yarımmüdafiəçisi Arda Güler karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Arsenal" türkiyəli futbolçunun xidmətində maraqlıdır. Bu barədə "El Nacional" nəşri məlumat yayıb.
 

London nəhənginin baş məşqçisi Mikel Arteta Ardanı komandasında görmək istəyir. "Arsenal" 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün İspaniya klubuna 90 milyon avroluq təklif göndərməyi planlaşdırır.


Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan 28 milyon avroya transfer edib.

Türkiyə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO