Rafael Fiziyev:

Rafael Fiziyev: "Geycinin ürəyini yemək istəyirəm"

Hazırda oxunan: Rafael Fiziyev: "Geycinin ürəyini yemək istəyirəm"

612553

"Rəqibimin qanının qoxusunu hiss etmək və onun ürəyini yemək istəyirəm".

Bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev ABŞ idmançısı Castin Geyciyə qarşı keçirəcəyi görüş haqqında ESPN nəşrinə müsahibəsində deyib.

30 yaşlı idmançı döyüşü səbirsizliklə gözlədiyini bildirib: "İnstaqramda çoxlu hekayə paylaşıb, Castini kədərləndirirəm. Xoşbəxt və həyəcanlıyam. Şadam ki, belə bir rəqiblə oktaqona çıxacağam. Mən çətinlikləri sevirəm".

Qeyd edək ki, Rafael Fiziyevlə Castin Geyci arasında döyüş martın 18-dən 19-na keçən gecə İngiltərənin paytaxtı Londonda "UFC-286" turnirində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO