“Beşiktaş” bu futbolçu üçün 15 milyon ödəməyə hazırdır

“Beşiktaş” bu futbolçu üçün 15 milyon ödəməyə hazırdır

Hazırda oxunan: “Beşiktaş” bu futbolçu üçün 15 milyon ödəməyə hazırdır

612167

İcarə əsasında "Börnli"də çıxış edən Florentino Luis karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Beşiktaş" portuqaliyalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi Luisin müqavilə ilə məxsus olduğu "Benfika" ilə danışıqlara başlamağa hazırlaşır.

"Beşiktaş" 26 yaşlı dayaq yarımmüdafiəçisi üçün Lissabon klubuna 15 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Börnli" Florentina Luisi mövsümün əvvəlində 2 milyon avro qarşılığında icarəyə götürüb. Portuqaliya U-21 millisinin sabiq üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO