Rusiya millisi Mərkəzi Asiya Futbol Assosiasiyasının ilk çempionatına qatılacaq

Rusiya millisi Mərkəzi Asiya Futbol Assosiasiyasının ilk çempionatına qatılacaq

Hazırda oxunan: Rusiya millisi Mərkəzi Asiya Futbol Assosiasiyasının ilk çempionatına qatılacaq

610885
Rusiya milli komandası Mərkəzi Asiya Futbol Assosiasiyasının (CAFA) ilk çempionatında iştirak edəcək.
 
Bu barədə Tacikistan Futbol Federasiyasının mətbuat katibi "Match TV"yə müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, Rusiya yığması bu il iyunun 9-dan 21-dək təşkil olunacaq turnirə qatılacaq.
 
Yarışda CAFA-nın altı üzvü - Tacikistan, İran, Özbəkistan, Türkmənistan və Əfqanıstan seçmələri iştiraklarını təsdiqləyiblər. Həmçinin Asiya komandalarından biri turnirə dəvət olunacaq.
 
Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya millisini, həmçinin bu ölkənin klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb. /Report/
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO