UEFA Prezidentindən əl ilə oyuna görə penalti verilməməsinə REAKSİYA

UEFA Prezidentindən əl ilə oyuna görə penalti verilməməsinə REAKSİYA

Hazırda oxunan: UEFA Prezidentindən əl ilə oyuna görə penalti verilməməsinə REAKSİYA

609065

UEFA prezidenti Aleksander Çeferin bəzi epizodlarda hakim qərarlarının izahını artıq tam anlamadığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Footmercato” nəşri yazıb.

Çeferin qeyd edib ki, azarkeşlər tez-tez eyni epizodların fərqli matçlarda müxtəlif cür qiymətləndirilməsini başa düşmürlər və bu narazılığı o da bölüşür:
 

“Bəzən azarkeşlər eyni epizodların niyə oyundan oyuna fərqli şərh olunduğunu anlamır və mən onları başa düşürəm. Mən özüm də artıq heç nə başa düşmürəm. Məsələn, əl oyunu epizodlarını götürək — bunun penalti olub-olmadığını, qəsdən olub-olmadığını heç kim anlamır. Bunu necə müəyyən etmək olar? Axı sən psixiatr deyilsən!” — deyə o bildirib.


UEFA rəhbəri əlavə edib ki, əsas qərarı meydandakı baş hakim verməlidir, videoköməkçi hakim sisteminə (VAR) isə yalnız açıq-aşkar səhv hallarında müraciət olunmalıdır. O, eyni zamanda uzunmüddətli video baxışların əleyhinə olduğunu vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Kubokunun yarımfinalında "Sabah" - "Qarabağ" oyununda əl ilə oyuna görə penalti verilməməsi geniş müzakirələrə səbəb olmuşdu. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov sözügedən epizodda hakimin doğru qərar verdiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO