“Xilasedici” Azərbaycan çempionu oldu

“Xilasedici” Azərbaycan çempionu oldu

Hazırda oxunan: “Xilasedici” Azərbaycan çempionu oldu
608045
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kişi voleybolçular arasında Yüksək Liqada Azərbaycan çempionu bəlli olub.

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan final matçında "Xilasedici" və "Ordu" klubları qarşılaşıb.

Bu matçda "Xilasedici" rəqibinə 3:1 (24:26, 25:16, 27:25, 25:21) qalib gəlib. Bürünc medal isə "Murov Az Terminal"a 3:0 hesabı ilə qalib gələn "Neftçi"yə təqdim edilib.

Yekunda çempionatın ən yaxşı voleybolçularının adları və mövsümün rəmzi heyəti açıqlanıb:

“Ən dəyərli oyunçu” (MVP) – Reyes Rodriges (“Xilasedici”)

“Ən gənc və perspektivli oyunçu” – Fərhat Cenkel (“Murov Az Terminal”)

Rəmzi komanda:

“Ən yaxşı toppaylayıcı” – Roman Qurskiy (“Xilasedici”)

“Ən yaxşı hücumçu” – Aleksandr Popleteev (“Xilasedici”)

“Ən yaxşı hücumçu” – Willian Rabel (“ORDU”)

“Ən yaxşı libero” – Kənan Allahverdiyev (“ORDU”)

“Ən yaxşı orta oyunçu”– Gustavo Almora (“Xilasedici”)

“Ən yaxşı orta oyunçu”– Carabali Aleksadr (“Neftçi”)

“Ən yaxşı diaqonal oyunçu” - Romero Jose (“Neftçi”)

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO