Kriştiano Ronaldo karyerasında 968-ci qolunu vurdu - VİDEO

Kriştiano Ronaldo karyerasında 968-ci qolunu vurdu - VİDEO

Hazırda oxunan: Kriştiano Ronaldo karyerasında 968-ci qolunu vurdu - VİDEO
606607
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Səudiyyə Ərəbistanı Pro Liqasının 28-ci turunda “Əl-Okhdud” doğma meydanda “Əl-Nəsr”i qəbul edib. Qarşılaşma Nəcran şəhərində yerləşən “Prince Hathloul” stadionunda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizim.Media xəbər verir ki, görüşdə hesabı 15-ci dəqiqədə “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo açıb.

İkinci hissənin 47-ci dəqiqəsində Joao Feliks fərqi artıraraq matçın yekun nəticəsini müəyyənləşdirib.
 

Beləliklə, Ronaldo peşəkar karyerasında 968-ci qolunu vurub. ESPN və digər idman mənbələri də qeyd edir ki, portuqaliyalı ulduz bununla 1000 qol hədəfinə daha bir addım yaxınlaşıb.


Qələbə sayəsində “Əl-Nəsr” turnir cədvəlinin zirvəsində mövqeyini daha da möhkəmləndirib. beIN Sports-un məlumatına görə, komanda bu qələbə ilə liqada ardıcıl 13-cü uğurunu qazanaraq klub tarixinin rekord seriyasını rəsmiləşdirib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO