Bu futbolçu “Qarabağ”dan gedəcək

Bu futbolçu “Qarabağ”dan gedəcək

Hazırda oxunan: Bu futbolçu “Qarabağ”dan gedəcək
603285
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ" ötən ilin iyununda sıralarına qatdığı Dani Boltla vidalaşmağın yollarını axtarır.

Bizim.Media xəbər verir ki, braziliyalı müdafiəçi Qurban Qurbanovun gələcək planlarından kənarda qalıb.

Baş məşqçi "sambaçı"nı yayda düşərgədən göndərməyi düşdündüyü "qara siyahı"ya daxil edib.
 

Mövsümün gedişində vaxtını daha çox ehtiyat skamyada keçirən, yalnız Premyer Liqa oyunlarında ara-sıra şans qazanan, Bəhlul Mustafazadənin ağır zədə almasından sonra əsas heyətdə ilk "11-lik"də yer alan Bolt təcrübəli mütəxəssisdə müsbət fikir yaratmayıb.


Qeyd edək ki, Ağdam təmsilçisi onu Portuqaliyanın I Liqa təmsilçisi “Torrense”dən transfer edib. 26 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb.

Sağ cinah müdafiəçisi 2024-2025-ci illərdə formasını geyindiyi “Torrense”yə qədər Braziliyada çıxış edib. Yetirməsi olduğu “Fluminense”nin, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO