Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO

Hazırda oxunan: Qurban Qurbanovun narazı qaldığı qalmaqallı epizod - VİDEO
602652
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” Misli Premyer Liqasının 25-ci turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub.

Bizim.Media xəbər verir ki, oyunda penalti epizodu yarandığı bildirilsə də, hakimlər bu qənaətdə olmayıblar.

Məsələ ilə bağlı “ağdamlılar”ın baş məşqçisi Qurban Qurbanov da keçirdiyi brifinqdə narazılığını dilə gətirib.

“Mən narazılıq edəndə söhbət çox böyüyür. VAR-da, deyəsən, Rauf Cabbarov idi. Meydandakı hakim görmədi, Rauf da üç dəfə baxdı, görmədi.
 

Epizoda baxdım. Penalti olduğunu düşünürəm. Kamilodan da soruşdum, dedi ki, ayağıma dəymişdi. Əgər orada penalti yoxdursa, heç nə. Görək, nə deyəcəklər. Rauf Cabbarov da sağ olsun”.


Vurğulanıb ki, hakim Rəhim Həsənov da VAR-ın qərarını təsdiqləyəcək.

“Ona görə də çox da üzərinə getmək lazım deyil”, - təcrübəli mütəxəssis bildirib.

Qeyd edək ki, bu epizod sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox futbol azarkeşi həmin epizodda penalti veriləli olduğunu bildiriblər.

Həmin epizodun görüntülərini təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO