“Qarabağ” bu futbolçunu transfer etmək İSTƏYİR

“Qarabağ” bu futbolçunu transfer etmək İSTƏYİR

Hazırda oxunan: “Qarabağ” bu futbolçunu transfer etmək İSTƏYİR
600925
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” Bolqarıstanın “Levski” klubunun hücumçusu Mustafa Sanqarenin transferində israrını davam etdirir. 

Bizim.Media xəbər verir ki, bu barədə Afrika mətbuatı məlumat yayıb.

Bildirilir ki, Mali millisinin futbolçusunu mövsümün sonunda heyətinə qatmaq Azərbaycan çempionu üçün prioritetdir.

“Qarabağ” 27 yaşlı forvardı ölkəmizə gətirməyə razı salmağa çalışır. Ağdam təmsilçisi eyni anda “Levski” ilə də danışıq aparır.
 

Müqavilənin detallarında Sanqare ilə ortaq məxrəcə gəlinsə, Bolqarıstan klubu ilə danışıqlar intensivləşəcək. Çünki Sanqarenin “Levski” ilə sözləşməsi 2027-ci ilin yayına qədərdir. Hazırkı durumda hücumçunun transfer dəyəri 1,5 milyon avroya bərabər göstərilir.


Qeyd edək ki, Mustafa Sanqare 2024-cü ildən “Levski”nin formasını geyinir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO