Açıq Avropa turniri: Azərbaycanın daha 7 cüdoçusu mübarizəyə qoşulur

Açıq Avropa turniri: Azərbaycanın daha 7 cüdoçusu mübarizəyə qoşulur

Hazırda oxunan: Açıq Avropa turniri: Azərbaycanın daha 7 cüdoçusu mübarizəyə qoşulur
59926
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycanın daha 7 cüdoçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirində mübarizəyə başlayacaq.

Bizim.Media xəbər verir ki, yarışın ikinci günündə ölkə təmsilçiləri 4 çəki dərəcəsində qüvvəsini sınayacaq.

81 kq-da Kərim Allahverdiyev və Məhərrəm İmamverdiyev 1/8 finalda müvafiq olaraq Şamil Dzavbatırov (Almaniya) və Arber Kulaşi (Kosovo) ilə qarşılaşacaq.

Bu çəkidəki digər cüdoçu Ömər Rəcəbli isə 1/6 finalda Joau Fernadunu (Portuqaliya) sınağa çəkəcək.

90 kq-da yer alan Əjdər Bağırov 1/8 finalda Citse Van Den Herrevegenlə (Belçika) üz-üzə gələcək.

100 kq-da çıxış edən Sabir İsayevin 1/8 finaldakı rəqibi Aleksey Yerşov (Ukrayna), Ruslan Nəsirlinin rəqibi isə Ris Tompson (Böyük Britaniya) olacaq.

Qadınların yarışında isə Günel Həsənli tatamiyə çıxacaq. 70 kq-dakı idmançı 1/4 finalda Minel Akdenizlə (Türkiyə) münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq-da mübarizə aparmış Azərbaycan cüdoçularından Turan Bayramov qızıl, Samir Piriyev isə gümüş medal qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO