"Formula 1"də yeni mövsümün təqvimi - SİYAHI

Hazırda oxunan: "Formula 1"də yeni mövsümün təqvimi - SİYAHI
59786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Formula 1"də 2022 mövsümünün bütün Qran-prilərinin təqvimi açıqlanıb.

Bizim.Media yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu il ərzində rekord sayda - 23 yarışın təşkili planlaşdırılır. Birinci mərhələ martın 20-də Bəhreyndə olacaq.

Təqvimə ilk dəfə daxil edilmiş Mayami Qran-prisi mayın 8-də keçiriləcək. Mövsümə noyabrın 20-də Abu Dabidə yekun vurulacaq.

Həmçinin, bu il Sinqapur, Melburn və Monreal Qran-priləri təqvimə qayıdacaq. Onlar 2021-ci ildə koronavirus üzündən keçirilməyib. Azərbaycan Qran-prisi isə 12 iyunda olacaq.

"Formula 1"də 2022 mövsümünün təqvimi (Bakı vaxtı ilə)

1. Bəhreyn Qran-prisi - 20 mart saat 19:00
2. Səudiyyə Ərəbistanı Qran-prisi - 27 mart saat 21:00
3. Avstraliya Qran-prisi - 10 aprel, saat 09:00
4. Emiliya-Romanyi Qran-prisi - 24 aprel saat 17:00
5. Mayami Qran-prisi — 8 may saat 23:30
6. İspaniya Qran-prisi — 22 may saat 17:00
7. Monako Qran-prisi — 29 may saat 17:00
8. AZƏRBAYCAN QRAN-PRİSİ — 12 iyun saat 15:00
9. Kanada Qran-prisi — 19 iyun saat 22:00
10. Böyük Britaniya Qran-prisi — 3 iyul saat 18:00
11. Avstriya Qran-prisi — 10 iyul saat 17:00
12. Fransa Qran-prisi — 24 iyul saat 17:00
13. Macarıstan Qran-prisi — 31 iyul saat 17:00
14. Belçika Qran-prisi — 28 avqust saat 17:00
15. Niderland Qran-prisi — 4 sentyabr saat 17:00
16. İtaliya Qran-prisi — 11 sentyabr saat 17:00
17. Rusiya Qran-prisi — 25 sentyabr saat 15:00
18. Sinqapur Qran-prisi — 2 oktyabr saat 16:00
19. Yaponiya Qran-prisi — 9 oktyabr saat 09:00
20. ABŞ Qran-prisi — 23 oktyabr saat 23:00
21. Meksika Qran-prisi — 30 oktyabr saat 23:00
22. Braziliya Qran-prisi — 13 noyabr saat 22:00
23. Abu Dabi Qran-prisi — 20 noyabr saat 17:00

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO