Vinisiusdan "Real" rəhbərliyinə XƏBƏRDARLIQ

Vinisiusdan "Real" rəhbərliyinə XƏBƏRDARLIQ

Hazırda oxunan: Vinisiusdan "Real" rəhbərliyinə XƏBƏRDARLIQ
592881
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Real"ın aparıcı futbolçusu Vinisius Junior gələcəyi ilə bağlı qeyri-müəyyənliyə tezliklə son qoymaq niyyətindədir.

Bizim.Media xəbər verir ki, braziliyalı hücumçunun əsas istəyi "kral klubu" ilə müqaviləsini yeniləməkdir.
 

Lakin tərəflər arasında maliyyə məsələlərində ciddi fikir ayrılığı yaranıb. Vinisiusun illik 30 milyon avro maaş tələb etməsi fonunda Madrid təmsilçisi bu məbləği həddindən artıq yüksək hesab edir.


Məlumata görə, məsələnin uzanmasını istəməyən 25 yaşlı futbolçu rəhbərliyə konkret vaxt təyin edib. O, aprel ayına qədər müqavilə ilə bağlı yekun qərarın verilməsini tələb edib.

Əgər "Real" onun maaşının artırılması ilə bağlı şərtini qəbul etməsə, Vinisius komandadan ayrılmağa hazırdır.

Xatırladaq ki, Vinisiusun Madrid klubu ilə hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO