"Hazırlıq ümumilikdə pis getmir, futbolçular istəklidirlər" - Qurban Qurbanov

"Hazırlıq ümumilikdə pis getmir, futbolçular istəklidirlər" - Qurban Qurbanov

Hazırda oxunan: "Hazırlıq ümumilikdə pis getmir, futbolçular istəklidirlər" - Qurban Qurbanov
590443
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə ilk yoxlama oyununa çıxıb. Matç Ağdam təmsilçisi nin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media xəbər verir ki, baş məşqçi Qurban Qurbanov komandasının oyunu barədə fikirlərini bildirib:

“İlk oyunumuz idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxtımız bir az çox olsun. Yanvarın 16-da daha bir matçımız var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik.
 

Əfsuslar olsun ki, vaxtımız yoxdur. Futbolçular istəklidirlər, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. Əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar. Düzdür, Aleksey Kaşukla Toral Bayramov bir neçə gün məşqdən kənar qaldılar.


Amma ümumilikdə hazırlıq proqram üzrə gedir. Rəqibin oyunlarına da baxmışdıq. Bir az sistemlərini dəyişmişdilər. Onların belə oyununu normal qarşıladım”.

Qeyd edək ki, "Qarabağ" hazırlıq prosesi çərçivəsində daha 1 yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşa “Zaqlebie Lubin”i ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO