"Elazığspor" klubunda çıxış edən millimizin futbolçusu Cavid İmamverdiyevə Türkiyədəki həmyerlilərimiz dəstək olub.
Məlumata görə, PTT 1-ci Liqasının görüşündə "Elazığspor" klubu "Manisaspor"u öz meydanında qəbul edib. Matçda meydan sahibləri qalib gəlib. (2:0)
Matç zamanı maraqlı hadisə baş verib. Belə ki, "Elazığspor"un tribunasında həmyerlilərimiz əllərində Azərbaycan bayrağı ilə görünüblər. Onlar millimizin üzvü olan Cavid İmamverdiyevə dəstək olublar.(publika.az)






























































































