
- A-
- A
- A+
İdman
13:28 / 01.12.2025
1 dəq oxunma
Qurban Qurbanov 800-cü oyununu KEÇİRDİ
Hazırda oxunan: Qurban Qurbanov 800-cü oyununu KEÇİRDİ
583281
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.
Bizim.Media xəbər verir ki, bu, Misli Premyer Liqasının XIII turuna təsadüf edib.
“Karvan-Yevlax”la ev qarşılaşması (2:0) mütəxəssis üçün yubileylə əlamətdar olub. 2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanovun yetirmələri bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub.
Bu oyunlarda 1375 qol vuran Ağdam klubu 631 top buraxıb. Qurbanovun “Qarabağ”a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.
Qeyd edək ki, Qurbanov “Qarabağ”da 2008-ci il avqustun 9-da debüt edib.
Premyer Liqanın “Bakılı” ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən



































































































