Müharibə iştirakçısı kəndə quraşdırılan kameraları qırdı

Müharibə iştirakçısı kəndə quraşdırılan kameraları qırdı

Hazırda oxunan: Müharibə iştirakçısı kəndə quraşdırılan kameraları qırdı
581534
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beyləqanda müharibə veteranı kənddə quraşdırılan müşahidə kameralarını qırıb.

Bizim.Media xəbər verir ki, hadisə 1-ci Şahsevən kəndi ərazisində qeydə alınıb.

39 yaşlı İlkin Sadıqov (ad və soyad şərtidir) sərxoş halda 1-ci Şahsevən kəndi ərazisində quraşdırılan müşahidə kameralarını qırıb. Əraziyə çağırılan polis əməkdaşları onun hələ də kameraları qırmaqda davam etdiyini görüblər. Onlar İlkindən dayanmasını tələb etsələr də, o, buna məhəl qoymayıb və nalayiq ifadələr işlədib. Nəticədə İlkin saxlanılaraq, polis şöbəsinə aparılıb.

Lakin burada da polisin qanuni tələbinə tabe olmayıb və şöbənin iş rejimini pozub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə tabe olmamaq) maddəsilə protokol tərtib olunub.

Barəsində inzibati xəta üzrə icraat aparılan İlkin Sadıqov Vətən müharibəsi iştirakçısı olduğunu deyib. O, həmçinin bildirib ki, Füzuli və Cəbrayıl rayonlarının, habelə Hadrutun işğaldan azad olunmasına görə medallarla təltif olunub. İlkin Sadıqov əməlindən peşman olduğunu və bir daha belə hərəkətlər etməyəcəyini qeyd edib.

Beyləqan rayon Məhkəməsinin qərarı ilə İlkin Sadıqov barəsində 150 manat məbləğində cərimə cəzası təyin edilib. (Lent.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO