Qurban Qurbanov şəhid övladları ilə - FOTO

Qurban Qurbanov şəhid övladları ilə - FOTO

Hazırda oxunan: Qurban Qurbanov şəhid övladları ilə - FOTO
579768
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün keçirilən “Qarabağ” – “Neftçi” qarşılaşması bir çox məqamlarla yadda qalıb.

Bizim.Media xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) təşəbbüsü ilə planlamalara əsasən, matç 44 günlük Vətən müharibəsinin şərəfinə 18:44-də start götürüb.
 

Topa rəmzi toxunuşu “Neftçi” azarkeşi, şəhid mayor Rüfət Əsgərovun oğlu Xansuvar Əsgərli edib. Oyunun 42-ci dəqiqəsində isə şəhid Xudayar Yusifzadənin Vətən müharibəsi zamanı oxuduğu “Xudayar təsnifi” stadionda səsləndirilib.


Bu zaman arenada Xudayar Yusifzadənin anası və yaxınları, eləcə də “Qarabağ” azarkeşi, şəhid Məhəmmədəli İbrahimlinin atası və yaxınlarının olduğu bildirilib.

Tamaşaçılar onları ayaqüstə alqışlayıblar. 44-cü dəqiqədə də ilk dəfə olaraq “Qarabağ” və “Neftçi” azarkeşləri birlik nümayiş etdiriblər. Tərəflərdən biri “Şəhidlər ölməz” səsləndirdiyi zaman digər tərəf “Vətən bölünməz” qışqırıb.
 

Ən maraqlı məqamlardan biri isə oyunun başlamasına az qalmış yaşanıb.Planlamaya əsasən, futbolçular və hakimlər meydana şəhid övladları ilə çıxıblar.


Hazırlıq zamanı onların yanından keçən Qurban Qurbanov şəhid övladlarını salamlayıb və onlarla şəkil çəkdirib.

Qurban Qurbanov şəhid övladları ilə - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO