“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la matçda boşluqlardan yararlanmalı idik

“Neftçi”nin baş məşqçisi: “Qarabağ”la matçda boşluqlardan yararlanmalı idik

Hazırda oxunan: “Neftçi”nin baş məşqçisi: “Qarabağ”la matçda boşluqlardan yararlanmalı idik
579746
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Pis oynamadıq. Rəqibin səviyyəsi hər kəsə məlumdur. Kifayət qədər qol vəziyyəti yarada bildik. Amma istifadə edə bilmədik”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Zəfər turu”nda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

Mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib:
 

“Son zamanlar fərqli “Neftçi” izləyirik. Oturuşmuş komandaya qarşı oynadıq. Planlarımız Emin Mahmudovun meydanı tərk etməsindən sonra pozuldu. Boşluqlardan yararlanmalı idik. Amma bu matç oyunumuzu daha dərindən təhlil etməyimizə kömək oldu”.


Qeyd edək ki, bu nəticədən sonra Qurban Qurbanovun komandası 23 xalla liderliyə yüksəlib, “ağ-qaralar” isə 15 xalla 7-ci sırada qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO