Futbol tarixinin ən yaxşı referisi müəyyənləşdi

Futbol tarixinin ən yaxşı referisi müəyyənləşdi

Hazırda oxunan: Futbol tarixinin ən yaxşı referisi müəyyənləşdi

5459

"France Football" nəşrinin tarixin ən yaxşı futbol hakimi ilə bağlı keçirdiyi sorğunun nəticəsi məlum olub.

Bizim.Media xəbər verir ki, bu ada italiyalı referi Pyerluici Kollina layiq görülüb.

Bu nominasiya üzrə ikinci pilləni ingiltərəli Ken Aston tutub. Fransa təmsilçisi Mişel Votro isə üçüncü olub.

Kollina 1998/1999 mövsümündə Çempionlar Liqasının, 2003/2004 mövsümündə UEFA kubokunun, 2002-ci ildə isə dünya çempionatının final matçlarını idarə edib. O, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) versiyası üzrə 6 dəfə dünyanın ən yaxşı referisi seçilib. 60 yaşlı mütəxəssis hazırda FIFA Hakimlər Komitəsinə rəhbərlik edir.

Qeyd edək ki, tarixin ən yaxşı referisini "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib. ( Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO