Şahmat üzrə dünya çempionatı: Gülnar Məmmədova liderdən yarım xal geri qalır

Şahmat üzrə dünya çempionatı: Gülnar Məmmədova liderdən yarım xal geri qalır

Hazırda oxunan: Şahmat üzrə dünya çempionatı: Gülnar Məmmədova liderdən yarım xal geri qalır
52783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Varşavada blits və rapid üzrə dünya çempionatı start götürüb.

Bizim.Media xəbər verir ki, rapid yarışının ikinci günündə qadın şahmatçılar 5-8-ci, kişilər isə 6-9-cu turlarda mübarizə aparıblar.

Təmsilçilərimizdən ən yüksək nəticəni Gülnar Məmmədova göstərib. Belə ki, səkkiz turdan 6 xal toplayan şahmatçımız liderdən yarım xal geri qalaraq 2-7-ci yerləri bölüşür.

Xanım Balacayeva 5, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova 4,5, Gövhər Beydullayeva 4 xal toplayıblar.

Kişilərin yarışında isə şahmatçımız Şəhriyar Məmmədyarov 9 turdan 5,5 topalyaraq 33-cü sırada qərarlaşıb. Məhəmməd Muradlı, Aydın Süleymanlı və Xəzər Babazadə hərəyə 5 xal, Rauf Məmmədov, Vasif Durarbəyli isə 3,5 xal əldə ediblər.

Dekabrın 30-dək davam edəcək dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO