"Qarabağ" - "Omoniya" matçının biletləri satışa çıxarıldı

Hazırda oxunan: "Qarabağ" - "Omoniya" matçının biletləri satışa çıxarıldı
0:00
0:00
46701
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Qarabağ” və Kiprin “Omoniya” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununun biletləri bu gündən satışa çıxarılacaq.

Bizim.Media Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat təşkil edir.

Koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında saat 11:00-dan saat 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (3 - 5 manat)

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış)

“Qarabağ”ın Park Bulvardakı Fan-Şopunda (saat 11:00-dan saat 19:00-dək), eləcə də "28 Mall" və "Gənclik Mall" ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00 - 22:00).

Oyun gec saatlarında başa çatacağı üçün “Qarabağ” klubunun “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib.

Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01:00-dək sərnişinlər üçün açıq olacaq.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO