Azərbaycanlı məşhurun qızları ABŞ-da tennis yarışının qalibi oldu - FOTO

Azərbaycanlı məşhurun qızları ABŞ-da tennis yarışının qalibi oldu - FOTO

Hazırda oxunan: Azərbaycanlı məşhurun qızları ABŞ-da tennis yarışının qalibi oldu - FOTO
46000
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da yaşayan azərbaycanlı əkiz bacılar Sabrina və Zarina Novruzovalar Nevada ştatında keçirilən tennis üzrə yarışda çempion olublar.

Bizim.Media xəbər verir ki, çempion bacılar ABŞ-da yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzovun qızlarıdır.

Ü.Novruzov müsahibəsində qızlarının uğur hekayəsindən danışaraq deyib: 

“Qızlarım Kaliforniya ştatının San Xose şəhərində anadan olublar. Onlar “Qərb Karyerası və Texniki Akademiya” (West Career and Technical Academy) məktəbində 10-cu sinifdə təhsil alırlar. Onlar ABŞ-ın Tennis Assosiasiyasının (USTA) çempionatında komanda yarışında 1-ci yerə, fərdi yarışda isə 2-ci yerə layiq görülüblər.

Qızlarımın məktəbdəki tennis komandası da Nevada ştatı üzrə 1-ci yeri tutub. ABŞ-ın “Las Vegas Review-Journal" nəşri övladlarım haqqında geniş xəbər yayımlayıb. 

Sabrina və Zarina 8 yaşından tennislə məşğul olurlar və bu, onların ilk uğuru deyil. Onlar indiyədək beynəlxalq yarışlarda 40-dan çox mükafat qazanıblar. Sabrina və Zarinanın ən böyük arzusu peşəkar tennisçi kimi yetişmək, dünyada ən nüfuzlu tennis turniri sayılan “Böyük Dəbilqə” yarışlarında vətənimiz Azərbaycanı təmsil etməkdir.

Onlar qazandıqları bütün qələbələrini Azərbaycana həsr ediblər və bundan sonra da onları bayrağımızı ucaldaraq qeyd etmək istəyirlər”.

Ü.Novruzov deyir ki, övladları ABŞ-da anadan olsalar da, Azərbaycan dilində danışır və milli adət-ənənələrimizlə böyüyürlər. 

Bizim.Media


Azərbaycanlı məşhurun qızları ABŞ-da tennis yarışının qalibi oldu - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO