Avropa Liqası: 8 qrupda 16 oyun

Avropa Liqası: 8 qrupda 16 oyun

Hazırda oxunan: Avropa Liqası: 8 qrupda 16 oyun
44622
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçiriləcək. 

Bizim.Media xəbər verir ki, 8 qrupda ümumilikdə 16 görüş baş tutacaq. 

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya" Polşada İtaliya "Napoli"sini qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Hazırda Varşava təmsilçisi 6 xalla C qrupuna başçılıq edir. 

Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" evdə Rusiyanın "Lokomotiv" (Moskva) klubu ilə üz-üzə gələcək. "Fənərbağça" isə Belçikada "Antverpen"in qonağı olacaq. 

Bu turda 2 komanda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edə bilər. A qrupunda Fransa "Lion"u evdə Çexiyanın "Sparta" (Praqa) komandasına, H qrupunda isə İngiltərə "Vest Hem"i Belçikada "Genk"ə qalib gələrsə, adını növbəti mərhələyə yazdıracaq.

UEFA Avropa Liqası 

Qrup mərhələsi 

IV tur  

A qrupu 

21:45. "Bröndbü" (Danimarka) - "Reyncers" (Şotlandiya) 
21:45. "Lion" (Fransa) - "Sparta" (Praqa, Çexiya) 
Xal durumu: "Lion" - 9, "Sparta" - 4, "Reyncers" - 3, "Bröndbü" - 1. 

B qrupu 

21:45. "Monako" (Fransa) - PSV (Eyndhoven, Niderland) 
21:45. "Real Sosyedad" (İspaniya) - "Şturm" (Qrats, Avstriya) 
Xal durumu: "Monako" - 7, "Real Sosyedad" - 5, PSV - 4, "Şturm" - 0.

C qrupu 

21:45. "Legiya" (Polşa) - "Napoli" (İtaliya) 
00:00. "Lester" (İngiltərə) - "Spartak" (Moskva, Rusiya) 
Xal durumu: "Legiya" - 6, "Napoli" - 4, "Lester" - 4, "Spartak" - 3.

D qrupu 

21:45. "Olimpiakos" (Yunanıstan) - "Ayntraxt" (Frankfurt, Almaniya) 
00:00. "Antverpen" (Belçika) - "Fənərbağça" (Türkiyə)

Xal durumu: "Ayntraxt" - 7, "Olimpiakos" - 6, "Fənərbağça" - 2 , "Antverpen" - 1

E qrupu 

21:45. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) 
00:00. "Marsel" (Fransa) - "Latsio" (İtaliya)

Xal durumu: "Qalatasaray" - 7, "Latsio" - 4, "Marsel" - 3, "Lokomotiv" - 1.

F qrupu 

00:00. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Midtüllan" (Danimarka) 
00:00. "Braqa" (Portuqaliya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan)

Xal durumu: "Srvena Zvezda" - 7, "Braqa" - 6, "Midtüllan" - 2, "Lüdoqorets" - 1.

G qrupu 

00:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Betis" (İspaniya) 
00:00. "Ferentsvaroş" (Macarıstan) - "Seltik" (Şotlandiya) 

Xal durumu: "Bayer" - 7, "Betis" - 7, "Seltik" - 3 "Ferentsvaroş" - 0 

H qrupu

21:45. "Genk" (Belçika) - "Vest Hem" (İngiltərə) 
00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Rapid" (Vyana, Avstriya)

Xal durumu: "Vest Hem" - 9, "Dinamo" - 3, "Rapid" - 3, "Genk" - 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO