"Barselona" Lionel Messiyə yeni təklif irəli sürdü

Hazırda oxunan: "Barselona" Lionel Messiyə yeni təklif irəli sürdü
31961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniyanın "Barselona" futbol klubu son dəfə Argentina yığmasının hücumçusu Lionel Messi ilə müqaviləni imzalamaq cəhdinə təşəbbüs göstərib.

Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri “La Porteria”ya istinadən məlumat yayıb.

Məlumata görə, klubun baş direktoru Ferran Reverter futbolçu ilə danışıqlar aparıb və ona klubda qalmaqla bağlı yeni təklif irəli sürüb. Danışıqların digər təfərrüatları açıqlanmır.

Avqustun 5-də "Barselona" Messi ilə razılaşmanı uzatmayacağını elan edib. Bu İspaniya La Liqasının reqlamentininin maliyyə və struktur maneələri ilə bağlıdır. Bildirilir ki, argentinalı Fransanın "Pari Sen-Jermen” klubuna" keçidə yaxındır.

Messi 2005-ci ildən "Barselona"nın əsas heyətində çıxış edirdi. Onun Katalon klubu ilə müqaviləsi iyunun sonunda başa çatıb.

Otuz dörd yaşlı hücumçu ötən mövsümdə İspaniya Primerasında 35 matç keçirib, 30 qol (üçü penaltidən) vurub və 9 məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO