Fransa millimizlə oyun üçün heyəti AÇIQLADI

Fransa millimizlə oyun üçün heyəti AÇIQLADI

Hazırda oxunan: Fransa millimizlə oyun üçün heyəti AÇIQLADI
273662
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiyaya qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, baş məşqçi Didye Deşam yığmaya 23 futbolçu dəvət edib. Komanda oktyabrın 6-da bir araya gələcək.

Qapıçılar: Luka Şevalve (PSJ), Mayk Menyan ("Milan", İtaliya), Bris Samba ("Renn");

Müdafiəçilər: Luka Din ("Aston Villa", İngiltərə), Malo Qyusto ("Çelsi", İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes ("Əl-Hilal", Səudiyyə Ərəbistanı), İbrahima Konate ("Liverpul", İngiltərə), Jül Kunde ("Barselona", İspaniya), Vilyam Saliba ("Arsenal", İngiltərə), Dayo Upamekano ("Bavariya, Almaniya);

Yarımmüdafiəçilər: Eduardo Kamavinqa ("Real", İspaniya), Manu Kone ("Roma", İtaliya), Maykl Olise ("Bavariya", Almaniya), Adrien Rabyo ("Milan", İtaliya), Kefren Türam ("Yuventus", İtaliya);

Hücumçular: Manes Akliuş ("Monako"), Bradli Barkola (PSJ), Kinqsli Koman ("Əl-Nəsr", Səudiyyə Ərəbistanı), Uqo Ekitike ("Liverpul", İngiltərə), Jan-Filipp Mateta ("Kristal Pelas", İngiltərə), Kilian Mbappe ("Real", İspaniya), Kristofer Nkunku ("Milan", İtaliya).

Qeyd edək ki, Fransa seçməsi oktyabrın 10-da Parisdə Azərbaycan millisini qəbul edəcək. Onlar 3 gün sonra isə Reykyavikdə İslandiyanın qonağı olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO