Nihat Kahveci “Qarabağ”ın qələbəsi barədə: “Qardaşlarımıza bravo!” - VİDEO

Nihat Kahveci “Qarabağ”ın qələbəsi barədə: “Qardaşlarımıza bravo!” - VİDEO

Hazırda oxunan: Nihat Kahveci “Qarabağ”ın qələbəsi barədə: “Qardaşlarımıza bravo!” - VİDEO
273624
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə milli komandasının sabiq hücumçusu Nihat Kahveci Bakıdakı Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Azərbaycan “Qarabağ”ının Danimarka “Kopenhagen”ini 2:0 hesabı ilə məğlub etdiyi matçı şərh edib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər “Haber Global” telekanalında yer alıb.

“Qalatasaray”la yanaşı “Qarabağ’ın qələbəsinə də sevinirəm. “Kopenhagen” üzərində inamlı qələbə, meydanda üstünlük, dirəyə dəyən zərbə… İki turdan sonra altı xal və Avropa futbolunun nəhəngləri ilə turnir cədvəlində qonşuluq. Qardaşlarımıza bravo! Bu inanılmaz başlanğıcdır.

Play-off mərhələsinə çıxmaq üçün yaxşı şanslar var. Belə büdcə ilə Çempionlar Liqasına belə başlamaq tarixi bir hadisədir. Bu uğurlar asan əldə olunmur,” – Kahveci bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO