Premyer Liqa: “Şamaxı” “Sabah”la, “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlir

Premyer Liqa: “Şamaxı” “Sabah”la, “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlir

Hazırda oxunan: Premyer Liqa: “Şamaxı” “Sabah”la, “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlir
266740
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misli Premyer Liqasında II turun daha iki oyunu bu gün keçiriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçında “Sabah” “Şamaxı”nın qonağı olacaq.

Qarşılaşma saat 17:00-da start götürəcək.
 

Meydan sahibləri ilk turda səfərdə “Neftçi” ilə heç-heçə edib -1:1. “Sabah” - “Qarabağ” oyunu isə təxirə salınmışdı.


Günün ikinci görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Matç saat 19:30-da başlayacaq. Tovuz klubu I turda “İmişli”ni məğlub edib - 1:0. Naxçıvan təmsilçisi isə “Zirə” ilə bərabərə qalıb - 1:1.

Misli Premyer Liqası

1-ci dövrə, II tur

24 avqust

17:00. “Şamaxı” – “Sabah”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Şamaxı şəhər stadionu

19:30. “Turan Tovuz ” – “Araz-Naxçıvan”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

“Azərsun Arena”

Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də “Qəbələ” - “Zirə” matçı ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO