“Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ”a ciddi problemlər yarada bilərik”

“Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ”a ciddi problemlər yarada bilərik”

Hazırda oxunan: “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ”a ciddi problemlər yarada bilərik”
265878
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Ferentsvaroş" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında "Qarabağ"ı qəbul edəcək.

Bizim.Media xəbər verir ki, Macarıstan təmsilçisinin baş məşqçisi Robbi Kin matçdan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

İrlandiyalı mütəxəssis "Qarabağ"ın güclü rəqib olduğunu deyib:
 

"İki komanda eyni gücdədir. Bacardığımız və istədiyimiz kimi oynasaq, rəqibə ciddi problemlər yarada bilərik. Təhlükəli və qol vura bilən futbolçularımız var. Rəqib çox yaxşı komandadır.


Güclü komanda ilə qarşılaşacağımızı bilirik. Onların da şansları olacaq.

Biz bəzən çox konsentrasiyalı olmalıyıq. Azarkeşlərimizdən xahiş edirəm ki, "Ludoqorets"lə qarşılaşmada hiss etdiyimiz enerjini stadiona gətirsinlər.

Matçın açarı bu iki görüşdə qol buraxmamaq olacaq".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu isə ayın 27-də Bakıda baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO