Güləşçimiz İstanbulda beynəlxalq turnirin qalibi oldu - FOTO

Güləşçimiz İstanbulda beynəlxalq turnirin qalibi oldu - FOTO

Hazırda oxunan: Güləşçimiz İstanbulda beynəlxalq turnirin qalibi oldu - FOTO

26399

Azərbaycan pəhləvanı Şərif Şərifov İstanbulda sərbəst güləş üzrə Yaşar Doğu turnirinin qalibi olub.

Bizim.Media xəbər verir ki, ənənəvi yarışdakı yeganə təmsilçimiz Ş.Şərifov (97 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. Dünya, olimpiya və Avropa çempionumuz ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib.

Titullu güləşçimiz yarımfinalda Givi Matçaraşviliylə qarşılaşıb. Şərif yanvarda Fransanın Nitsa şəhərində keçirilən Qran-pridə məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb – 3:0.

Beləliklə, Ş.Şərifov adını finala yazdırıb. Millimizin üzvü iyunun 26-da həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini məğlub edən təcrübəli pəhləvanımız Yaşar Doğu turnirinin qalibi olub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO