“Çelye”nin baş məşqçisi: “Sabah”la oyuna yaxşı hazırlaşmışıq”

“Çelye”nin baş məşqçisi: “Sabah”la oyuna yaxşı hazırlaşmışıq”

Hazırda oxunan: “Çelye”nin baş məşqçisi: “Sabah”la oyuna yaxşı hazırlaşmışıq”
260264
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Çelye" Avropa Liqası 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Sabah"la üz-üzə gələcək.

Bizim.Media xəbər verir ki, Sloveniya təmsilçisinin baş məşqçisi Albert Riera matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib.

İspan mütəxəssis oyuna yaxşı hazırlaşdıqlarını bildirib: "İlk matçdan sonra belə bir hiss yarandı ki, biz fasilələrə çox həssasıq. Buna görə də hazırlıqda oyunun bu seqmentinə daha çox diqqət yetirdik.

Əgər probleminiz varsa, amma onu necə həll edəcəyinizi bilirsinizsə, bu, problem deyil, sadəcə bir çağırışdır. Mövsümə qələbə ilə başlamağımız vacib idi. Psixoloji cəhətdən üstünlük qazandıq. Cavab matçına çox yaxşı hazırlaşmışıq".

Qeyd edək ki, "Çelye" - "Sabah" qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Komandalar arasında Bakıda baş tutan ilk oyun Azərbaycan təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO