Millimizin Belarusla oyunlarının yeri və hakimləri BİLİNDİ

Millimizin Belarusla oyunlarının yeri və hakimləri BİLİNDİ

Hazırda oxunan: Millimizin Belarusla oyunlarının yeri və hakimləri BİLİNDİ
255220
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 25-dən iyulun 2-dək Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının yeri, başlanma vaxtı və hakimləri müəyyənləşib.

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

İyulun 1-dəki qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.
 

Hər iki matçı rusiyalı Vera Opeykina idarə edəcək. Ona həmyerliləri Yekaterina Kuroçkina və İrina Çeçenina köməklik göstərəcəklər. Ehtiyat hakim funksiyasını isə belaruslu Volqa Blotskaya yerinə yetirəcək.


Bildirilir ki, millimizin toplanış üçün heyəti barədə daha sonra məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO