Dünyanın ən çox qazanan idmançıları açıqlandı – İLK ONLUQ

Dünyanın ən çox qazanan idmançıları açıqlandı – İLK ONLUQ

Hazırda oxunan: Dünyanın ən çox qazanan idmançıları açıqlandı – İLK ONLUQ
249636
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyanın məşhur Forbes jurnalı ən çox qazanan idmançıların siyahısını dərc edib. 

Bizim.Media xəbər verir ki, portuqaliyalı ulduz Kriştiano Ronaldo ilk pllədə qərarlaşıb. 
 

"Forbes" "Əl-Nəsr" və Portuqaliya yığmasının futbolçusunun 2024-cü il mayın 1-dən bu il mayın 1-dək 275 milyon dollar qazandığını yazıb. Bu məbləğin 225 milyonunu məvacib və bonuslar təşkil edib, digər hissəsi isə sponsor gəlirləri olub. 


Siyahının ikinci pilləsində "Qolden Steyt"in basketbolçusu Stefan Karri (156 milyon), üçüncü də isə boksçu Tayson Fyuri (146 milyon) qərarlaşıb. Növbəti yerlərdə Amerika futbolunda çıxış edən Dak Preskott (137 milyon) və "İnter Mayami"nin ulduzu Lionel Messi (135 milyon) tutublar.

Ən çox qazanan idmançılar - Top-10

1. Kriştiano Ronaldo (futbol) - 275 milyon dollar (idmanda 225 milyon dollar + idmandan kənarda 50 milyon dollar)

2. Stefan Kerri (basketbol) - 156 (100+56) milyon

3. Tayson Fyuri (boks) - 146 (140+6) milyon

4. Dak Preskott (Amerika futbolu) - 137 (127+10) milyon

5. Lionel Messi (futbol) - 135 (60+75) milyon

6. Lebron Ceyms (basketbol) - 133,8 (48,8+85) milyon

7. Xuan Soto (beysbol) - 114 (109+5) milyon

8. Kərim Benzema (futbol) - 104 (100+4) milyon

9. Şohey Ohtani (beysbol) - 102,5 (2,5+100) milyon

10. Kevin Durant (basketbol) - 101,4 (51,4+50) milyon.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO